Fotosessiya
Fotosessiya

Güneldən estetikləriylə bağlı xəbərlərə sərt reaksiya!

Güneldən estetikləriylə bağlı xəbərlərə sərt reaksiya!

Müğənni Günel Zeynalova türk mediasında onun estetik prosedurlarıyla bağlı yazılan xəbərlərə münasibət bildirib.

OLAY yazır ki, bu haqda sənətçi instaqramda məlumat paylaşıb.

Günel 13 yaşındakı halı ilə indiki görüntüsünün qarşılaşdırılmasını yersiz hesab edib.

“Mən hər nə etsəm, bunu açıq-aşkar deyəcək ürəyə sahibəm! Bakıda burun əməliyyatı etdirdiyimi hər dəfə deyirəm, qısqanclıq etməyin, gedin, siz də etdirin. Dodaq dolğusunu hər baxımlı qadın kimi mən də etdirirəm və bunu da deyirəm. Mahnı ifa edərkən alnımda qırışlar olmasın deyə 6 aydan bir botoksumu yeniləyirəm.

“Xırda toxunuşlar var” dediyim açıqlamanı 3 il öncə etmişəm. Hər xəbərin başlığına bunu yazıb, sanki yeni söyləmişəm kimi göstərərək xəbər hazırlaya bilməzsiniz. Allah qorxunuz yoxdur? Başqa xəbər qaynağınız yoxdur? Heyif sizə… İnsanların beynini bulandırmayın. 13 yaşımdakı şəklimi paylaşıb indiki halımla müqayisə etmək necə bir axmaqlıqdır?! Siz 13, 15 yaşınızdakı halınızla qalmısız? Xəbəriniz köhnəlib, yenisini hazırlayın… Qeybəti xəbər etmək olmaz! İndi gedin başımdan...”.