Aparıcı Tarix Əliyev xərçənglə mübarizə aparan Əməkdar artist Gülbahar Şükürlü üçün şou əhlinə müraciət edib.
OLAY yazır ki, bu barədə o, instaqram hesabında məlumat paylaşıb.
“Üzümü birbaşa sənət adamlarına tuturam. Dəyərli sənətkarımız, qarmon ifaçısı Gülbahar Şükürlü 10 ildir xərçənglə mübarizə aparır. Bu illər ərzində bir nəfərə belə ağız açmayıb. Bütün müalicəsini öz hesabına edib. Hazırda Gülbahar xanımın vəziyyəti ürəkaçan deyil.
Müalicə xərclərini çatdıra bilmir. Xalqa ağız açıb, onları narahat etmək də istəmir. Kart hesabını belə paylaşmağa razılıq vermədi. Şou ǝhli, incəsənət nümayəndələri düşünürəm, Gülbahar xanıma biz kömək olmalıyıq. Bu çətin durumda ona dəstəyimizi nümayiş etdirək”, - deyə, T. Əliyev bildirib.