Fotosessiya
Fotosessiya

“Bakılı oğlanlar” illər sonra...

“Bakılı oğlanlar” illər sonra...

Keçmiş “Bakılı oğlanlar” komandasının üzvləri uzun müddət sonra bir araya gəliblər. 

OLAY yazır ki, dünyanın müxtəlif yerlərində yaşayan sənətçilər ötən bayram münasibətilə Bakıda görüşüblər. Ailələrinin də iştirak etdiyi yığıncaqdan görüntüləri Əməkdar artist Bəhram Bağırzadə paylaşıb.

“Gənclik illərində “Bakılı oğlanlar” KVN komandası Yeni ili valideynləri ilə birlikdə qeyd edirdi. Saat 12.00-dan sonra sevimli analarımızı və atalarımızı öpüb, hamımız təyin olunmuş yerə gedib, bayramı coşğulu keçirirdik. Sonra ənənəyə uyğun olaraq yanvarın 1-də Anar Məmmədxanovun yanına getdik, yanvarın 2-də isə Timur Vaynşteynin evinə toplaşdıq.

Amma gənclik keçdi və onu təkrarlamaq mümkün deyil. İndi hər il yeni bir formatla gündəmə gəlirik. Bu il uşaqlar planetin müxtəlif yerlərindən - Moskvadan, İsraildən, uzaq, ya da çox uzaq olmayan digər ölkələrdən gəldilər. Görüş yeri isə mənim doğma, sevimli şəhərim Bakıdır. Otururuq, bayram edirik. 

Gənciliyimizdəki kimi deyil. Bizim yaşımızda necə olmalıdırsa, elə, uşaqlarla, hətta nəvələrlə bayram keçiririk. On nəvəmiz olsa belə, biz “Bakılı oğlanlar”ıq, varıq və olacağıq. Yeni iliniz mübarək!”.