Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, xanımı Aysel İbrahimova “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsində yarışan Hüseyn ad çəkmədən kiməsə söz atıb.
Belə ki, o, “Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına. Hərə öz (qeyri-etik ifadə) yesə, yaxşıdır”, - deyə, bildirib.
Qeyd edək ki, hər üç münsifin də döndüyü Aysel Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanı (Aşıq Samirə) seçib.