Kişilərə güvənmədiyini bildirərək özü ilə evlənən braziliyalı model Kris Qalera boşanıb.
OLAY yazır ki, 33 yaşı olan Kris başqasına aşiq olduğunu açıqlayıb. O bildirib ki, bir nəfərlə tanış olub və eşqə inanmağa başlayıb:
“Evli olduğum müddətdə xoşbəxt idim. Lakin başqasını sevməyə başladım. Onun özəl bir insan olduğunu hiss etdim”.
Qeyd edək ki, modelin özü ilə evliliyi 90 gün davam edib.