Fotosessiya
Fotosessiya

Xalq artisti “Qremmi” mükafatçısıyla bir araya gəldi

Xalq artisti “Qremmi” mükafatçısıyla bir araya gəldi

Xalq artisti Emin Ağalarov “Qremmi” mükafatlı bəstəkar, aranjimançı David Fosterlə bir araya gəlib.

OLAY yazır ki, onlar Eminin yeni albom hazırlıqları üçün görüşüblər. Bu barədə ifaçı instaqramda paylaşım edib.

“Xəyallar gerçəkləşir. 2023-cü il üçün böyük planlarımız var və mən 16 dəfə “Qremmi” qazanan David Fosterlə yeni beynəlxalq albom yazdırmaq üçün studiyadayam”, - deyə, Ağalarov bildirib.