Müğənni Sevda Sanaliyeva növbəti dəfə evlənməyə hazırlaşır.
OLAY yazır ki, bu barədə ifaçı instaqramda məlumat yayıb. Sevda postda uzun açıqlama verməsə də, üzüyü ilə görüntülərini izləyiciləriylə bölüşüb. O, Kutsinin “İlan-ı aşk” mahnısı ilə 3-cü dəfə ailə quracağını bildirib.
Qeyd edək ki, S. Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutmuşdu. Elə həmin ilin sentyabrında o, 3 aylıq hamilə olduğunu açıqlamışdı. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulmuşdu. İfaçı qızının atasının ikinci həyat yoldaşı Cəmil bəy olduğunu, onunla evləndiyini bildirmişdi. Sevda 2018-ci ildə isə ondan boşandığını açıqlamışdı.