Prodüser Təranə Səmədovanın səhhəti pisləşib.
OLAY yazır ki, bu barədə ona aid instaqram hesabından paylaşım edilib.
“Anamın vəziyyəti çox pisdir. Artıq-əksik heç nə yazmayın. Boş-boş şeylər istəməyin. Narahat olanlar mənimlə əlaqə saxlasın. Heç kimlə danışmağa taqəti yoxdur”, - deyə, məlumatda bildirilib.
Qeyd edək ki, Səmədovanın Adel və Suel adlı iki qızı var. Onun həyat yoldaşı Rasim Həsənov isə bir müddət öncə həbs edilib. R. Həsənov instaqramda tanış olduğu şəxs haqqında rüsvayedici məlumatlar yaymaqla hədələdiyi üçün tutulub.