Fotosessiya
Fotosessiya

“Keçəndə həmişə başınızın üstünə baxın”

“Keçəndə həmişə başınızın üstünə baxın”

Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə vətəndaşlara müraciət edib. 

OLAY yazır ki, məşhur müğənni instaqramda video paylaşaraq qarın ərinməsi ilə yaranan problemlərə toxunub. O, binalarda sallanan buzların görüntülərini paylaşaraq insanları ehtiyatlı olmağa çağırıb:

“Dostlar, binaların altından keçəndə ehtiyatlı olun. Qar əriməyə bağlayıb. Kondisionerlərin üstündən sallanan buzlar yerə düşür. Ehtiyatlı olun, keçəndə həmişə başınızın üstünə baxın”.