Dünyaca məşhur aktyor Bred Pittin təqaüdə çıxacağı iddia edilib.
OLAY yazır ki, bu barədə “Page Six” nəşri məlumat paylaşıb.
Bildirilib ki, 59 yaşlı sənətçi həyatının daha dinc bir mərhələsinə qədəm qoymaq və yarım təqaüdün nə olduğunu kəşf etmək istəyir.
Pittin aktyorluğa davam etsə belə digər məsuliyyətlərini azaldacağı və Hollivudu tərk edib Fransaya yerləşəcəyi də iddalar arasındadır.
Qeyd edək ki, Bred daha əvvəl də karyerasını bitirmək istədiyi barədə açıqlama vermişdi.