Xalq artisti Brilliant Dadaşova 44 günlük Vətən müharibəsi qaziləri ilə bir araya gəlib.
OLAY yazır ki, sənətçi mükafat gecəsində çıxışı zamanı hərbçilərindən biri ilə bağlı xatirəsini bölüşüb.
“Qazilərimizdən biri mənə danışdı ki, Mingəçevirdə mənim solo konsertimdə olub. Onun 8 yaşı var imiş. Gəlib dəyib mənə. Bilmirəm ki, yıxılmışam, yoxsa divara dəydim. Bu bir təsadüfdür, yoxsa zərurət... Bu gün o bir qəhrəmandır. Onun qarşısında çıxış edirəm, baş əyirəm. Allah sizi var etsin”.
Dadaşova daha sonra Tural adlı həmin qazi ilə fotosunu instaqramda paylaşaraq “Mən onun qəhrəmanı idim. O indi mənim qəhrəmanımdır”,- rəyini yazıb.
Qeyd edək ki, ötən həftə “Səs”ə qatılan qazini bütün münasif ayaq üstdə alqışlamış, Dadaşova isə reaksiyasız qalmışdı. Onun bu addımı tənqidlərlə nəticələnmişdi.