Fotosessiya
Fotosessiya

Rüfət İsmayıl evsiz qaldı

Rüfət İsmayıl evsiz qaldı

Məşhur modelyer Rüfət İsmayılın başına iş gəlib.

OLAY yazır ki, Türkiyədə ev sahibi olmaq istəyən Rüfət yığdığı bütün pulu itirib. Belə ki, o, qardaş ölkədə ev almaq üçün hətta Azərbaycandakı ata-baba mənzilini də satıb.

Dizayner bir inşaaat şirkətinə ümumilikdə 5 milyon 250 min lirə (453 milyon 22 min manat) verib. Lakin evin 2015-ci ildə R, İsmayılova təhvil veriləcəyini vəd edən şirkət müflis olub.

Müxtəlif bahənələrlə gözlədildiyini söyləyən modelyer məhkəməyə müraciət edib. Hazırda hüquq çərçivəsində qalib gəlməyə çalışan Rüfət bu barədə türk mediasına danışıb. O, deyib ki, artıq hər iki ölkədə də evsiz qalıb.