Fotosessiya
Fotosessiya

Nikola Viktoriya ilə barışmağa doğru addımlayır

Nikola Viktoriya ilə barışmağa doğru addımlayır

Bruklin Bekhemin həyat yoldaşı Nicola Peltz, aralarında davam edən düşmənçilik şayiələri fonunda qayınanasının təbriklərinə cavab verib. 

OLAY yazır ki, bu barədə “Mirror” məlumat yayıb.

NikolaViktoriya Bekhemin ad günü təbriklərinə görə minnətdar olub.

Belə ki, yanvarın 9-da Devid və Viktoriya Bekhemin böyük oğlunun həyat yoldaşı 28 yaşını qeyd edib. Viktoriya şəxsi səhifəsində arxivindən Nikola ilə birgə şəklini yerləşdirərək gəlinini açıq şəkildə təbrik edib.

“Ad günün mübarək! Ümid edirəm ki, gözəl gün keçirəcəksiniz”, - deyə Viktoriya şəklin altına yazıb. Saatlar sonra ad günü qızı şərh bölməsində “Çox sağ olun!” yazıb və üç ürək emojisi əlavə edib.