Kral ailəsinin Şahzadə Harriyə olan etimadı tamamilə itib.
OLAY yazır ki, buna səbəb Şahzadənin memuarı və müsahibələri olub. Harri daha əvvəl ailəsi ilə barışmaq istədiyini söyləyib və danışıqlara qapalı qapılar arxasında başlamağı təklif edib. Eyni zamanda isə Amerika mediasına müsahibələrində ailəsinə qarşı ağır ittihamlar səsləndirib.
Saraydakı mənbələrin yaydığı məlumatlara görə, ailə hər şeyi təkbətək müzakirə etməyə hazır deyil. Çünki Harri ilə hansısa söhbətin gələcəkdə onlara qarşı istifadə olunacağından ehtiyat edirlər.
Kral bioqrafı Kethy Nikholl düşünür ki, Harri ifşalarında o qədər irəli gedib ki, ailəsi ilə barışmaq şansı çətinləşib. “Uilyam qəzəblidir. Kral ailəsinin bütün üzvləri Harrinin bütün bunlarda nə qədər uzaqlaşdığına təəccüb edirlər”, - deyə, Nikholl bildirib.