Fotosessiya
Fotosessiya

“İki uşaqdan artığı dəbdəbədir”

“İki uşaqdan artığı dəbdəbədir”

Bəstəkar-müğənni Murad Arif çoxuşaqlı ailələrlə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi bu barədə feysbukda fikirlərini bölüşüb.

“Allah hamının balasını qorusun. Adam elədiyini deməz... Gedirəm, görürəm, tanıyıram, yardımlaşıram, hallarına yanıram deyə, qətiyyətlə bu fikrimdə əminəm. İndiki dövrdə 2 uşaqdan artığına sahiblənmək dəbdəbədir. Bunu daşımaq isə inanılmaz əziyyətdir. Cəmiyyətdə bu fikrin əksini təbliğ etmək isə məsuliyyətsizlikdir. Arada bir dincəlin. Hələ olanlara enerjinizi, vaxtınızı, maliyyəni, sevginizi çatdırın”, - deyə, Murad bildirib.