Şahzadə Harrinin memuarındakı etirafları dünya mediasında gündəm yaratmağa davam edir.
OLAY yazır ki, onun şəxsi həyatı haqda açıqladıqlarından sonra bu dəfə də hərbi xidmətlə bağlı dedikləri müzakirə yaradıb.
Belə ki, Şahzadə Əfqanıstanda xidmət etdiyi müddətdə “Taliban” terror qruplaşmasının 25 üzvünü öldürdüyünü yazıb. O deyib ki, bu durumu yaxşıları öldürməmələri üçün pisləri aradan qaldırmaq kimi görür. Həmçinin, bunun üçün utanc hiss keçirmədiyini bildirən Harri həm də özünü vəziyyətə hazırladığını söyləyib.