“Ola bilər ki, bu il arzusunda olduğunuz nələrisə reallaşdıra bilmədiniz. Alınmadı, düzəlmədi. Ya da ki, belə məsləhət oldu. Axı bilmirik, arzularımız bizi hara apara bilər? Bəlkə elə o arzu həyata keçsə, axırı uçurumdur”.
OLAY yazır ki, bu sözləri instaqramda aparıcı Leyla Quliyeva qeyd edib. O, ilin bitişi haqda öz fikirlərini izləyiciləri ilə bölüşüb:
“Hər halda yuxarıdan xəritə həmişə daha yaxşı görünür. Alınanlara görə şükür edəndə, alınmayanlara görə də edək. Şəxsən mən 2022-yə minnətdaram! Geriyə baxıb, hadisələri xatırlayıb, bu ili oynaya-oynaya yola salmaq istədim. Yeni ilə, yeni günlərə tam döyüş hazırlığı ilə gedirəm! Hamınıza da sağlamlıq, xoşbəxtlik, maddi və mənəvi məmnuniyyət, bir də sevgi arzu edirəm”.