Fotosessiya
Fotosessiya

“Özümü onların arasında çox xoşbəxt hiss edirəm”

“Özümü onların arasında çox xoşbəxt hiss edirəm”

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva Yeni il ərəfəsində Autizm Mərkəzini ziyarət edib. 

OLAY yazır ki, iş xanımı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzdə yemək hazırlayıb və onlarla birgə vaxt keçirib. R. Əliyeva mərkəzdən görüntüləri instaqramda paylaşaraq bu sözləri yazıb:

“Özümü onların arasında çox xoşbəxt hiss edirəm. Uşaqların hər biri bir rəng, naxışdır. Daxili dünyaları o qədər zəngindir ki… Çalışaq ki, hər gün olmasa da, ən azı bayramlarda yanlarında olaq. Əylənək, gülək, yemək hazırlayaq, xoş ovqat yaradaq. İnanın, onlara sevgi ilə yanaşan zaman necə rəngarəng uşaqlar olduğunu hiss edəcəksiz. Balalarım, yeni iliniz mübarək. Hər zaman gülün”.