Rep ifaçısı Teofil Londonun yaxınları onun itkin düşdüyünü bildiriblər.
OLAY yazır ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Musiqiçinin ailəsinin Los-Anceles Polis Departamentinə verdiyi ifadəyə görə, iyul ayından bəri ondan xəbər yoxdur.
“Son bir neçə həftə ərzində sənətçinin dostları və ailəsi onun harada olduğunu müəyyən etmək üçün birlikdə çalışırlar. Sonuncu dəfə kimsə onunla 2022-ci ilin iyulunda Los-Ancelesdə danışıb”, - deyə müraciətdə qeyd olunub.