Müğənni Alla Puqaçova və əri Maksim Qalkin tələbatın az olması səbəbi ilə Qryaz kəndindəki villanı satmaqdan vaz keçiblər.
OLAY yazır ki, bu barədə daşınmaz əmlak üzrə ekspet Arina Latz danışıb. O bildirib ki, baharın əvvəlində bu malikanəyə mütəxəssislər tərəfindən 1 ilə 10 milyard (237 milyon manat - red.) rubl arasında qiymətləndirilib:
“Qiymətə torpaq, villanın özü və daxili dizaynı əlavə edilib. O vaxtdan bəri çox şey dəyişdi. İndi bir milyard rubl qiymətindən danışa bilmərik. Hazırda bu mülkü 500-600 milyon (15 milyon manat - red.) rubl dəyərində qiymətləndirmək olar”, - deyə Latz bildirib.
Onun sözlərinə görə, indiki vəziyyətdə ruslar arasında bu evi 500 milyon rubla belə almaq istəyən yoxdur. Latz əmindir ki, malikanəni xüsusi dizaynı, qorunmayan ərazisi və “praktikliyi” səbəbindən satmaq son dərəcə çətin olacaq. Restoranların, mağazaların və elit kottec qəsəbələri üçün xarakterik olan digər infrastrukturun olmadığı bir kənddə yerləşir.