Rəqqasə Fatimə Fətəliyeva müğənni Xuraman Şuşalının xına biznesi ilə məşğul olan şəxslərin içində özünü görməməsinə münasibət bildirib.
OLAY yazır ki, Fatimə “Özəl” proqramında onun “İstəmirəm ki, məni xına aparıcıları ilə bir sıraya salsınlar” fikirləri barədə bunu deyib:
“Xuramanın əziyyəti az olmayıb, peşəkarlardan dərs alıb. Bəlkə o fikirlə deyib ki, mən müğənni kimi fəaliyyət göstərirəm. Bacı, o zaman müğənni kimi fəaliyyət göstər də, xına aparırsansa, bu işin içində varsan. Şairəsi, müğənnisi, rəqqasəsi hamımız bu işin içindəyik. Fikirləri düzgün çıxmadı. İnanmıram ki, Xuraman onu aşağılamaq mənasında deyib. Kənardan yaxşı çıxmadı.
Allah hamının ruzisini versin. Vaxtilə açıq-saçıq geyinən müğənni idi, Allah ona sevgi verdi, cəsarətlənib bağlandı, bağlanandan sonra Allah ona ruzi verdi. Məncə, Xuraman düzgün demir. O bir biznesdir, adətdir, ruzidir”.
Qeyd edək ki, X.Şuşalı “Özəl Tube” proqramında bu fikirləri səsləndirmişdi:
“Heç istəmirəm ki, məni xına aparıcıları ilə bir sıraya salsınlar. Söhbət ondan getmir ki, onları bəyənmirəm. Mənim bir məktəbim var: Vaqif Gərayzadə, Tükəzban İsmayılova, Faiq Ağayevə, İslam Rzayevə, Mələkxanım Əyyubovaya qarşı tək xına aparıcısı qalsam, özümün və onların haqlarını itirmiş olacağam. Çünki mən müğənniyəm. Xınanı müğənni olaraq əvvəldən sonadək aparıram, mən yarım saatlıq xınanı yaxmaqla məşğul olmuram. Məni nə rəqqasəylə, nə şairəylə bir sıraya qoymayın”.