Müğənni Gülay Zeynallı toylara 10 min manata gedir.
OLAY yazır ki, bu barədə “Səhər mərkəzi” verilişində məlumat verilib. Belə ki, sənətçi aparıcı Afaq Gəncəlinin “Deyirlər, Gülay toylara 10 minə gedir. Doğrudur, ya yalan”,- sualına səssiz qalıb.
Onun əvəzinə digər qonaq Əməkdar artist Ədalət Şükürov “Belə deyəndə, insanlar elə fikirləşirlər ki, Gülay 10 mini alıb cibinə qoyur, çıxıb gedir. Həmin məbləğə musiqiçilər, avadanlıqlar, geyim, işçilər, maşın da daxildir”, - deyə, bildirib.
Gülay da həmkarını “Düzdür”,- deyərək təsdiqləyib.