Fotosessiya
Fotosessiya

Sevdanın uşaqlıq xatirəsi hər kəsi kövrəltdi

Sevdanın uşaqlıq xatirəsi hər kəsi kövrəltdi

Müğənni Sevda Yahyayeva növbəti ad günü ilə bağlı paylaşım edib.

OLAY yazır ki, 37 yaşı tamam olan sənətçi uşaqlıq xatirələrindən söz açaraq izləyicilərini kövrəldib:

“Həmin günü tam xatırlamıram. Amma 2-ci, ya 3-cü sinifdə oxuyurdum. İl boyu sinif yoldaşlarımın ad günü tədbirləri məndə belə bir fikir oyatdı: bəs mənim ad günüm niyə olmur? Ad günüm ilin sonunda olduğundan yəqin ki, uşaqlıqda bunu tam anlamamışdım. Günlərin bir günü, ilkbaharın ortalarında yuxudan oyandım ve dərsə gedərək “Bu gün mənim ad günümdür” dedim. Hamı məni təbrik etməyə başladı, ən əsası isə hamı ad günü münasibəti ilə evimizə gəlmək istədi.

Heç bir sey fikirləşmədən “dərsdən sonra bizdəsiniz ve hədiyyələrinizi gözləyəcəyəm” dedim. Sinif yoldaşlarım bizə gəlib anamı ve ailəmi  pis duruma saldılar. Anam heç nə anlamadı, ona dedim ki, bu gün ad günümdür. O da dedi ki, ad günün Yeni ilə yaxın günlərdədir və 6 aydan çox vaxt var. Evdə yeməyə heç nə olmadığından həmin gün sinif yoldaşlarıma sadəcə makaron bişirə bildik. Onlardan birinin dediyi hələ də qulaqlarımdadır, söylədi ki, mən ad günü süfrəsi açmadığım, yalnız makaron bişirdiyim üçün hədiyyəsini verə bilməyəcək. Yəqin ki, bu hadisədən sonra mən öz ad günümü daha çox sevməyə və səbirsizliklə gözləməyə başladım”.