““Ağ qarğa” sindromu yaşamaq... Fərqli olduğunu bildiyin halda yenə də topluma uyğunlaşmağa çalışmaq, amma bacarmamaq... Özün kimi olduğuna görə qınanmaq...”.
OLAY yazır ki, bu sözləri aktyor İbrahim Çingiz instaqram hesabında qeyd edib.
İbrahim insanların özləri olmaqdan qorxduqlarını bildirib:
“Təsir edirmi? Yox. İncidirmi? Əsla. İncidǝn yalnız odur ki, insanlar özləri olmaqdan qorxduqları üçün istədiyi kimi yaşayanları daşqalaq edirlər. Amma belə də... Haqsız atılan daş onsuz da yolda itəcək. Odur ki, olduğun kimi görünməkdən qorxma”.