Fotosessiya
Fotosessiya

İTV-nin aparıcısından ARKİ-yə və Ayaz Salayevə tənqid

İTV-nin aparıcısından ARKİ-yə və Ayaz Salayevə tənqid

İctimai TV-nin aparıcısı, aktyor Azər Aydəmir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını sərt tənqid eidb. 

OLAY yazır ki, bu haqda feysbukda ard-arda statuslar paylaşan sənətçi həm də qurumun katibi, Əməkdar İncəsənət Xadimi Ayaz Salayevə də irad bildirib. O, kinorejissorun ARKİ Sədri Şəfiqə Məmmədova ilə bağlı Ona alternativ görmürəm” açıqlaması barədə bu sözləri qeyd edib:

“Ayaz Salayev deyib ki ARKİ-yə sədr vəzifəsinə başqa alternativ yoxdur. Ona görə də seçki keçirilməyib. Xahiş edirəm biri müəllimi 1998-ci ildən çıxarsın. Nə olar qulağına pıçıldayın kì, 2023-ə qədəm qoyuruq.

Amma elə deyin ki səksəkəyə düşməsin. Hə bir də deyin ki, kinolentə artıq film çəkilmir. Onu da deyin ki, artıq rejissorlar “rejissor monitor”una baxıb “было” (oldu) deyir. Teatrdakı kimi səhnəyə baxıb demir”. 

A. Aydəmir Xalq artisti Əbdül Mahmudovun ARKİ ilə bağlı açıqlamasını paylaşaraq “Şeyxdən yeni açıqlama. Buna son qoyulmalıdır. ARKİ qurum olaraq ləğv edilsə, daha məqsədəuyğun olar” sözlərini yazıb.

Qeyd edək ki, Ə. Mahmudov Qafqazinfo-ya açıqlamasında Ş. Məmmədovanın seçki olmadan özünü sədr elan etdiyini və onu qurultaya çagırmadığını, aktrisanın yenidən rəhbər seçilməsindən xəbərinin sonradan olduğunu deyib.

Ş. Məmmədova OLAY-a danışaraq səhhətinin yaxşı olmadığını bildirib. Bu gün isə A. Salayev APA-ya seçki deyil, iclas keçirildiyini, yaxın zamanda qurultayın gözlənildiyini söyləyib.