Fotosessiya
Fotosessiya

“Düşündüm ki, aparatı xilas edə bilərəm”

“Düşündüm ki, aparatı xilas edə bilərəm”

Ötən gün “Dəniz Mall”da Ayaz Babayevin konserti zamanı suya düşən fotoqraf Tariyel Hüseynov açıqlama yayıb.

OLAY yazır ki, o, sosial şəbəkələrdə bu hadisəni şou adanlandıranlara da cavab verib. Fotoqraf deyib ki, onun yerində başqası olsa, ölə bilərdi:

“Sözüm şoudu, deyib, gülənlərədir. Allah heç kimə o anı yaşatmasın. Düşünün, üzməyi bilməyən, ürəyində problem olan adam 1 dəqiqə suyun altında qalır. Sadəcə Allahın möcüzəsi oldu.

Aparatı da buraxmamağıma səbəb düşündüm ki, çıxacağamsa, bəlkə onu da xilas edə bilərəm. Həmin anın şoku, stressi, nə bilim, sözlə ifadə etsəm də, anlamazsız. Mənim yerimdə başqası olsaydı, bəlkə də haqqın rəhmətinə qovuşmuşdu. Eynən “Çukur” serialında Sena obrazının ölüm səhnəsi kimi idi. Göz görə-görə heç nə edə bilmirdilər, zatən hamı xilas etmək üçün özünü suya ata bilərdi. Bəlkə də məni çıxarmaq üçün hovuza atlansalar, onlar batardı. Yaxşı ki, üzməyi bacarmayanlar özünü hovuza atmadı. Şükür, hər şey yaxşı qurtardı”.