Müğənni Ayaz Babayev ötən gün “Dəniz Mall” AVM-də baş tutan konsertindəki xoşagəlməz hadisədən yazıb.
OLAY yazır ki, sənətçi boğulma təhlükəsi ilə üzləşən fotoqraf Tariyel Hüseynovun fotosunu paylaşaraq suya atlanmamasının səbəbini açıqlayıb:
“Tariyellə 10 ildən çoxdur ki, dostuq, komandayıq. Bəzi insanlar məni qınadı ki, niyə suya tullanmadı? Mən beldən aşağı suya girə bilmirəm, üzməyi bacarmıram və üstəlik elə bir şok yaşadım ki, 28 ilimin ən bərbad günü oldu, mühafizə orada idi, müdaxilə edirdilər, çox şükür ki, hər şey yaxşı bitdi...
Hazırda da o andan çıxa bilmirəm və ayaqlarım əsir, 30 saniyə içərisində o dünyanı görüb gəldim. Allah qorudu bizi. Qınayan hər kəsə belə şok yaşamamağı arzu edirəm”.