Fotosessiya
Fotosessiya

Taleh Litva səyahətindən yazdı

Taleh Litva səyahətindən yazdı

Aktyor Taleh Yüzbəyov Litvanın paytaxtı Vilnüsə səyahəti ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, fotolarını instaqramda paylaşaraq, burada zamanın gec keçdiyini qeyd edib.

“Sakit, soyuq, sürüşkən və yavaş şəhər. Burada vaxt tamam başqa cür işləyir. Səhər durursan, yemək yeyirsən, saat 11-də oteldən çıxırsan, bütün şəhəri gəzirsən, “obed” edirsən, kilsəyə baxmağa girirsən, şəkil çəkdirirsən, 4-5 saat da gəzirsən və saata baxırsan ki, hələ 1-in yarısıdır. İnsanlar hardasa gülərüzdür, rus dilini yaşlı nəsil daha yaxşı bilir, cavanlar elə də yox, hər yer tez bağlanır”, - deyə, Taleh paylaşımında vurğulayıb.