Fotosessiya
Fotosessiya

1 milyon ödəməyə razılaşdı

1 milyon ödəməyə razılaşdı

Hollivud ulduzu Conni Deppin vəkilləri Ember Hördün 1 milyon dollar təzminat ödəməyə razı olduğunu və diffamasiya iddiasını həll etməyə razılaşdığını açıqlayıb.

OLAY yazır ki, Hörd dekabrın əvvəlində apellyasiya şikayəti verərək, hakim heyətinin qərarının ləğv edilməsini, və ya tamamilə yeni məhkəmə prosesinin keçirilməsini tələb edib.

Lakin verdiyi açıqlamada o, “Amerika hüquq sisteminə inamını itirdiyi üçün” kompromis yolu seçdiyini bildirib.

Deppin vəkilləri “Biz çox şadıq ki, onlar Conni üçün bu ağrılı səhifəni rəsmən bağladılar. O, bir sıra xeyriyyə təşkilatlarına 1 milyon dollar təzminat bağışlayacaq”, - deyə bildirib.