Aktrisa Farah Zeynep Abdullah səhhəti ilə bağlı bir sıra problemlər yaşadığını açıqlayıb.
OLAY yazır ki, sənətçi bu barədə məlumat yayaraq boynunda yırtıq olduğunu deyib:
“Həmçinin trioidim (Zob, qalxanabənzər vəz – red.) çalışmır. Haşimoto (Zob –red.) xəstəsiyəm. Beynimdə lezyon (Bir sıra xəstəliklərdən qaynaqlanan toxuma və orqan dəyişimi – red.) var. Dizim də çox pisdir. Bu həftə həkimə getməliyəm”.