“Netflix” platforması “Harry və Meghan” sənədli serialının son üç seriyasını yayımlayıb.
OLAY yazır ki, ekran işində hər kəsi təəccübləndirəcək açıqlamalar yer alıb. Məlum olub ki, Meqan Markl 2020-ci ildə hamilə olub, lakin stress səbəbindən körpəsini itirib.
O, bunun səbəbkarının “Daily Mail” portalının olduğunu bildirib. Qeyd edib ki, atası Tomas Markla yazdığı şəxsi məktub dərc edilib və bu, məhkəməyə səbəb olub.
Şahzadə Harri həyat yoldaşına tam kömək etmədiyinə görə özünü qınayıb, “Mən inanıram ki, həyat yoldaşım qəzetin yazdıqlarına görə uşağını itirdi”,- deyə bildirib.
Qeyd edək ki, Şahzadə Harri və Meqan Marklın iki övladı var - oğlu Arçi (2019) və qızı Lilibet (2021).