Fotosessiya
Fotosessiya

Teymur Rəcəbov xanımı və qızı ilə...

Teymur Rəcəbov xanımı və qızı ilə...

Məşhur şahmatçı Teymur Rəcəbov ailəsi ilə birgə fotolarını paylaşıb.

OLAY yazır ki, o, xanımı Anna Maksakova və qızı ilə Yeni il fotosessiyası etdirib. Rəcəbov fotolara “Sevimli həyat yoldaşım və körpəmiz Nika ilə Yeni il gecəsinə hazırlaşırıq” şərhini yazıb.

Qeyd edək ki, qrossmeyster daha əvvəl bir dəfə ailəli olub və onun ilk evliliyindən Məryəm adlı qızı var. İkinci dəfə Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi A. Maksakova ilə evlənib.