Fotosessiya
Fotosessiya

Şəbnəmdən Gülaya cavab!

Şəbnəmdən Gülaya cavab!

Müğənni Şəbnəm Tovuzlu həmkarı Gülay Zeynallının onun geyiminin qiyməti barədə söylədiyi fikirlərə münasibət bildirib.

OLAY yazır ki, ifaçı bu haqda instaqramda paylaşım edib.

O, “Bizim bir-birimizə ərkimiz var”, - deyə, bildirərək, Zeynallıdan incimədiyini qeyd edib.

Xatırladaq ki, Gülay ötən gün efirdə Tovuzlunun geyiminin qiyməti barədə yalan dediyinə eyham vurub. Zeynallı Şəbnəmin libasının düyməsinin efirdə qopması haqda “Heç 600 manatlıq geyimin düyməsi qopar ki? Məncə, qırılmamalıdır. Yəqin, 60 manat demək istəyib”, - deyə, söyləyib. 

Daha sonra isə Gülay instaqramdan paylaşım edərək, atmaca atmaq niyyətində olmadığını və bu fikirləri zarafat məqsədilə dediyini bildirib.