Müğənni Nərmin Kərimbəyova həmkarı Ayaz Babayevin “Yenəmi sən” klipini tənqid edib.
OLAY yazır ki, bu barədə o, “7 özəl” proqramında danışıb. Nərmin deyib ki, gənclər son zamanlar süjetli kliplərə üz tutur:
“Ayaz çox istedadlı insandır. Amma bu işdən söhbət gedirsə... Daha çox mən fikir vermişəm bizim gənclər süjetli kliplərə üstünlük verirlər. Film kimi çəkmək istəyirlər. Mən süjeti xoşlayıram, amma bizim kliplərdə yox.
Mənə elə gəlir ki, istədiyimiz kimi göstərilmir, ya da primitiv təqdim olunur. Ayaz hər mənada zövqlü oğlandır, həm musiqi, həm geyim cəhətdən. Ona bu janrdan çıxmağı tövsiyə edirəm. Süjetli kliplərdənsə, “fashion”, enerjlii kliplər olsun. Biz yaxşı söz deyərik. Çünki inanıram ona, istedadlı gəncdir”.