Nyu-Yorkun Hilton Midtown otelində Robert Kennedi İnsan Haqları Mərkəzinin ev sahibliyi etdiyi qala gecəsi keçirilib.
OLAY yazır ki, tədbirin qonaqları arasında şahzadə Harri və Meqan Markl da olub. Təşkilatın prezidenti Kerri Kennedi cütlüyü kral ailəsində irqçiliklə mübarizə apardıqlarına görə mükafatlandırıb.
Meqan gecəyə ağ “Louis Vuitton” brendinin libası ilə qatılıb. O, çiyinlərini açaraq kral protokol qaydalarını yenidən pozub. Onu obrazını bir zamanlar Şahzadə Dianaya məxsus olan üzük tamamlayıb.