Fotosessiya
Fotosessiya

Yeni ildə dırnaqlarınızı bu cür edin!

Yeni ildə dırnaqlarınızı bu cür edin!

Yeni il gecəsini evdə və ya bayırda keçirməyinizdən asılı olmayaraq heç nə sizin parlamağınıza mane deyil. O da aydındır ki, əhvalımızı yüksəldən məsələlərdən biri də zövq oxşayan dırnaqlara sahib olmaqdır! Elə isə gəlin, Milad mövsümünün dırnaq trendləri ilə yaxından tanış olaq...

OLAY Yeni ilə uyğun dırnaq bəzəyi təkliflərini təqdim edir:

Qar dənəcikləri

Kim deyir ki, Yeni ilin rəngi sadəcə qırmızı və yaşıl olmalıdır? Tünd göy, və ya mavi tonlara tətbiq edəcəyiniz qar dənəcikləri ilə Milad ruhuna uyğun dəbli görünüşü əldə edə bilərsiz.

Milad dizaynlarının yeni rəngi - Sapfir

Sapfir mavisi ilə boyanan dırnaqlar bayramı cəlbedici görünüşlə qeyd etməyə imkan verir.

Şaxta babadan ilhamlanan dizayn

Klassik fransız manikürünə yeni bir yanaşma olan bu bəzəklər hər hansı bir dırnağı Şaxta baba papağına çevirməkdən ibarətdir. Nəticəyə baxdığımızda, şübhəsiz ki, Şaxta babadan ilhamlanan bu manikür sınanmaq üçün siyahınızda mütləq olacaq!

Rəngarənglik

Rəngləri kim sevməz! Yeni il ruhunuzu ortaya çıxarmaq üçün qırmızı və yaşıl dırnaqların arasına əlavə etdiyiniz bənövşəyi, mavi və sarı kimi rənglər dırnaq dizaynlarında klişeləri qırmağınıza imkan verə bilər.

Holoqrafik şöhrət

Minimal dizaynlardan bezmisinizsə və dırnaqlarınızın Yeni il gecəsində adi günlərdən daha çox diqqət cəlb etməsini istəyirsinizsə, sizə lazım olan dizayn tam da budur!

Minimal Rənglər

Dırnaqlarınızı təkcə Yeni il gecəsi deyil, həm də gündəlik həyatın gərgin tempində istifadə etmək istəyirsinizsə və minimal dizaynlar sizi ruhlandırırsa, dırnaqlarınıza zərif ellipslər əlavə edin.

“Bayram vaxtı” bəzəyi  

Nöqtədən ilhamlanan və evdə asanlıqla edə biləcəyiniz bu dizayn Milad ruhuna uyğun yeni bir görünüş təqdim edir.

Mirvari Dırnaqlar

Dırnaq boyanızın üzərinə yerləşdirəcəyiniz mirvari daşları zərif və diqqətçəkən görünüşünüzün tamamlayıcı hissəsi olmağa namizəddir. Bizdən kiçik bir məsləhət, Yeni il hədiyyələrinizi bu dizaynla açmağa çalışmayın!

Qırmızının 50 çaları

Hər dırnaqda qırmızının fərqli çalarlarını özündə əks etdirən bu manikür, Yeni ilin simvolu olan qırmızı rəngin əyləncəli və alovlu ruhunu uğurla ortaya qoyur.

Yeni il hədiyyəsi

İki barmağınızda hədiyyə paketini xatırladan nazik xətlərlə əldə edəcəyiniz zərif dizaynla bayram ab-havasını hiss edərək, bunu ətrafınıza da yansıda bilərsiniz!