“Pantone” Rəng İnstitutu 2023-cü ilin rəngini açıqlayıb.
OLAY yazır ki, modadan gözəlliyə, dekorasiyadan sənətə qədər bir çox sektora təsir edən “Pantone” ilin rənginin Viva Maqenta olduğunu bildirib.
Hər ilin dekabrda gələn ilin trend rəngini elan edən “Pantone” Rəng İnstitutu Viva Magenta-nı qırmızı ailədə kökləri olan kölgə və yeni güc siqnalının ifadəsi kimi təyin edib.
“Pantone” həmçinin 2023-cü ilin rəngini cəsarətli, zarafatcıl və hər şeyi əhatə edən, saf xoşbəxtlikdən həzz alan, sınaqdan çəkinməyən və özünü təmkinsiz ifadə edən rəng olduğunu bildirib.
İnstitutun icraçı direktoru Liatris Eyzman “Builki rəng güclü və gücləndiricidir. Viva Maqenta eyni şövqlü və üsyankar ruhu olan hər kəsi həyat boyu qəbul edir. Bu, cəsarətli, yumoristik və hər şeyi əhatə edən rəngdir”, - deyə, söyləyib.
“Bu texnologiya əsrində təbiətdən və real olandan ilham almağa çalışırıq” deyən Eyzman bildirir ki, Viva Magenta qırmızı ailədən gəlir və təbii boyalar ailəsinə aid ən qiymətli boyalardan biri olan koşin qırmızısından ilham alır. Eləcə də dünyada tanınan ən güclü və parlaq boyalardan hazırlanmışdır.