Fotosessiya
Fotosessiya

İTV İrəvandakı müsabiqəni yayımlayacaq? - Açıqlama

İTV İrəvandakı müsabiqəni yayımlayacaq? - Açıqlama

Azərbaycanın Ermənistanda keçiriləcək “Uşaq Avroviziya” mahnı müsabiqəsini canlı yayımlayacağı iddia olunub.

Belə ki, müsabiqənin rəsmi portalında yarışı təqdim edəcək ölkələr siyahısında Azərbaycanın adı qeyd edilib. İctimai TV-nin sözügedən musiqi festivalını birbaşa nümayiş etdirəcəyi bildirilsə də, sonradan ölkəmizin adı siyahıdan çıxarılıb.

OLAY məsələni aydınlaşdırmaq üçün “İctimai”nin Aparat rəhbərinin müavini Ələsgər Vəliyevlə əlaqə saxlayıb. O bildirib ki, yarışmada iştirak etmədiyimizə görə İrəvandakı müsabiqə İTV-də təqdim edilməyəcək:

Ola bilər ki, mexaniki səhv olub. Lakin Azərbaycan müsabiqədə iştirak etmədiyi üçün İTV-də yarışma yayımlanmayacaq. Bununla bağlı hansısa cərimə məsələsi ola bilməz”.

Xatırladaq ki, İTV rəsmi açıqlama yayaraq Azərbaycanın İrəvandakı musiqi festivalında iştirak etməyəcəyini bildirmişdi. Nəzərinizə çatdıraq ki, Azərbaycan fasilə verərək “Uşaq Avroviziya”da yer alır. Ötən il isə Parisdəki yarışda ölkəmizi təmsil edən Sona Əzizova 5-ci olub. 

Onu da bildirək ki, İTV Avropa Yayım İttifaqının (EBU) üzvü olduğu üçün sözügedən müsabiqəni təqdim etmək hüququna malikdir.