Aktrisa Turanə Hüseynli “Altın Kelebek” mükafat gecəsinə hazırlıqları barədə danışıb.
OLAY yazır ki, o, “Səhər Mərkəzi” proqramında qonaq olarkən dekabrın 4-də baş tutacaq tədbir üçün məşhur azərbaycanlı dizaynerə müraciət etdiyini bildirib.
Aparıcı qeyd edib ki, o, sözügedən şəxsdən müsbət rəy almayıb: “İstədim ki, həmin tədbirə yerli dizaynerlərin hazır geyimi ilə qatılım. Bu səbəbdən dünyaca məşhur olan azərbaycanlı dizaynerə müraciət etdim. Onun cavabı belə oldu ki, Turanə dünya ulduzu deyil ki, onu geyindirim”.
Turanə ad çəkməsə də, sözügedən şəxsin Rüfət İsmayıl olduğu iddia edilir.