Fotosessiya
Fotosessiya

Yayılan şayiələri canlı yayımda yalanladı

Yayılan şayiələri canlı yayımda yalanladı

Əməkdar artist Nurlan Növrəsli haqqında yayılan şayiələrə aydınlıq gətirmək üçün canlı yayım açıb.

OLAY yazır ki, sənətçi instaqramda yayım edərək çıxan dedi-qoduları yalanlayıb:

“Özümdən asılı olmayaraq, mən etmədən, sosial şəbəkələrdə müəyyən şayiələr gəzir. Ona görə bu canlını açmaq istədim. Qeyd edim ki, TikTok səhifəmdə baxış sayı 10 mini keçib. Yeni bir hesab açmaq istədim. İnstaqram səhifəmdə isə real məni görmək istəyən insanlardır. İnsanların sosial şəbəkələrə marağını öyrənmək üçün fərqli-fərqli canlı yayımlar açmaq qərarına gəldim. İnşallah yaxın zamanlarda fərqli videolar görüb, musiqiçilərlə tanış olacaqsız. Soruşandakı TikTok-unuz yoxdur? Deyirəm, Tik-tik, tok-tok var. Deyirlər, xəbərimiz yoxdur o platformalardan. Bu yaxınlarda yeni mahnı üzərində çalışdıq. Aygün Səmədzadə bəstəsidir. Onu da eşidəcəksiz”.

Qeyd edək ki, Nail Kəmərlinin yutub layihəsində yer alan narkoman gəncin Növrəslinin qardaşı olduğu iddia edilirdi.