Məşhur türk pianoçu və bəstəkar Fazıl Say həyat yoldaşı Ece Dağıstanla boşanıb.
OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.
Fazıl xanımıyla 7 illik münasibətlərini gözəl xatırlayacağını bildirib.
“Çox qəmginəm, həyat yoldaşım Ece ilə evliliyimizi bu gün sona çatdırdıq. Beykoz Məhkəmə binasına əl-ələ girib, əl-ələ çıxdıq”, - deyə 52 yaşlı sənətçi qeyd edib.
Xatırladaq ki, cütlük 2019-cu ildə ailə qurub.