Fotosessiya
Fotosessiya

Keçmiş deputat modelin son günlərindən danışdı

Keçmiş deputat modelin son günlərindən danışdı

“Qazaxıstan gözəli” Natalya Steşenkonun əri, Dövlət Dumasının keçmiş deputatı Vladimir Semaqo aktrisanın həyatının son günlərindən danışıb. 

OLAY yazır ki, Semaqonun sözlərinə görə, onun həyat yoldaşı son vaxtlar tez-tez baş ağrılarından əziyyət çəkirmiş. Sabiq deputat Steşenkonun təzyiqinin aşağı olduğunu da paylaşıb. Aktrisa öldüyü gün 10 yaşlı oğlu ilə kafeyə gedib. O, evə qayıtdıqdan sonra qəflətən özünü pis hiss edib və huşunu itirib.

Qeyd edək ki, Natalya Steşenko qan laxtalanması səbəbindən ölüb. Həkimlər aktrisaya tromboemboliya diaqnozu qoyublar.