Amerikan müğənni və aktrisa Cennifer Lopez Ben Afflekin nişan üzüyünün üzərinə həkk etdiyi xüsusi mesajdan danışıb.
OLAY yazır ki, 53 yaşlı ulduz B. Affleklə münasibəti ilə bağlı “Apple Music One”dan Zeyn Louya müsahibə verib. Sənətçi deyib ki, üzükdə “Yox. getməz. Heç yerdə” sözləri yazılıb.
Lopez söyləyib ki, Afflek bu ifadəni münasibətləri yenidən başaldıqdan sonra istifadə edib: “Biz yenidən danışmağa başlayanda o, maillərini belə imzaladı. Narahat olmayın, mən heç yerə getməyəcəyəm”.