Fotosessiya
Fotosessiya

“Manga”dan Avroviziya açıqlaması

“Manga”dan Avroviziya açıqlaması

Türkiyənin məşhur “Manga” qrupu ötən gün baş tutan Bakı konsertindən öncə media nümayəndələrinin suallarını cavablandırıb.

OLAY yazır ki, müsahibə zamanı qrupun solisti Ferman Akgül 2010-cu ildə Avroviziyada ikinci olmaları barədə söz açıb.

O, bildirib ki, “Manga” qrupu olaraq müsabiqəyə yenidən qatılmağı düşünmürlər:

“Təkrar yarışmaya qatılmaq bizim üçün risklidir. Qatılsan, birinci olmalısan, ən azı ikinci. Avroviziyada haqsızlığa məruz qalıb-qalmadığımız isə bizim dəyərləndirə biləcəyimiz bir şey deyil. Musiqiçi olaraq ölkəmizi təmsil etdik və ikinci olduq. Ama bu ikinciliyi yaşaya bilmədik. “Niyə birinci ola bilmədik?”, - deyə, soruşulur. Birinciliyi bizə yaraşdırmağınız da bir dəyərdir. Ümid edirəm, ölkə olaraq təkrar qatılarıq və yeni nəsil ifaçılar gedər, birinci olar. Xüsusilə rok qrupunun təkrar getməyini çox istəyərik”.