Kamilla Parker-Boulz rəsmi qəbulda Kraliça II Elizabetin sapfir tacını taxıb.
OLAY yazır ki, bu barədə “People” məlumat yayıb. Qeyd olunub ki, 75 yaşlı Kamilla fəxri qonaqları britaniyalı modelyer Brüs Oldfildin krujeva qollu mavi axşam libası ilə qarşılayıb.
III Çarlzın həyat yoldaşı obrazı əvvəllər Kraliça II Elizabetə məxsus olan qiymətli sapfir tac, sırğalar və boyunbağı dəsti ilə tamamlayıb.
“Kral George VI Victoria Suite” kimi tanınan bu dəst Kral Corc tərəfindən 1947-ci ildə toyu üçün qızı, o zamankı şahzadə Elizabetə hədiyyə edilib. Tac, sırğa və boyunbağının 19-cu əsrin ortalarında yaradıldığı güman edilir.