“1996-cı ildə rejissor diplomunu alandan, bu günə qədər cəmi iki dəfə Mədəniyyət Nazirliyində olmuşam... Elə bu iki dəfə də yəqin tesadüf imiş...”.
OLAY yazır ki, bu sözləri rejissor Aqil M. Quliyev sosial media hesabında qeyd edib. O da nazirlikdən şikayətlənən sənət yoldaşları sırasına qoşulub:
“Digər qurumlardan fərqli olaraq, bu tilsimli yerin düz işləmədiyini adi insanlar yalnız 20 il sonra görə bilir... Kinonun “Yasin”ini oxumadan, keçdilər teatrlara - dövlət sektorunda, tamaşaçı ilə birbaşa ünsiyyətdə olan, milli mədəniyyət yolunda sabit çalışan yeganə sağ qalan işlək qurum...
Uşaqlarımız onsuz da “Marvel”, DC-ni Dədə Qorqud, “İronman”, “Superman”i Məlikməmməd, Koroğlu bilir artıq... Amma sən demə, kino hələ indi başlayır... M. Skorseze-nin "Kazino" filmində bir səhnə var: kazinoda kimlərsə, böyük məbləğ udub gediblər, o sahəyə cavabdeh insanı müdir dinləmədən, işdən çıxarır. Axı günahım nədir? Ya sən onlarla əlbirsən, ya da işini bilmirsən, məni heç biri qane etmir, nəticəsi eynidir... Bilərəkdənmi, ürəyi açıqlıqdanmı, tarix bunu unudacaq, qalan nəticələrdir... Və ya Helluində Keçəl və Kosa... Hörmətlə, Aqil M.Quliyev”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla teatrında yoxlamalar aparması barədə açıqlama yayıb.