Fotosessiya
Fotosessiya

“Doğma dil sizi qıcıqlandırır?”

“Doğma dil sizi qıcıqlandırır?”

Ölkə ərazisində Dünya Kubokunun yalnız İTV-də yayımlanması sosial şəbəkələrdə müzakirə yaradıb. 

OLAY yazır ki, jurnalist Cavid Osmanov bu barədə feysbukda status paylaşaraq Maç TV və digər idman kanallarının yayımının dayandırılmasına etiraz edib:

“Ailə TV mənilə pul müqabilində konkret TV kanallarının yayımlanmasına dair müqavilə bağlayıb. Amma indi müqavilənin şərtlərini pozur. Matç TV və digər idman kanalları əvəzinə İTV-dən yayımlanan Dünya Çempionatının oyunlarını göstərir. Zəng edirəm Ailə TV-yə, deyirlər ki, bizlik deyil, şikayətinizi İTV və TV, ya da Azərbaycan Respublikası Audiovizual Şurasına bildirin. İndi zəhmət olmasa, mənə izah edin. Hüquqlarımı kim pozur?”.

Aparıcı-aktyor Azər Aydəmir isə feysbukda status paylaşaraq bu vəziyyətə etiraz edənləri qınayıb:

“İctimai TV-nin ölkə ərazisində Dünya Kubokunun  eksklüziv yayımçısı olması və bunun nəticəsində (ölkə ərazisində yayım lisenziyasının müəyyən müddəlarını nəzərə alaraq) digər futbol kanallarının yayımının dayandırılması bir çox futbolsevərləri hiddətləndirib. Maraqlıdır niyə? Şərhçilər xoşunuza gəlmir? Doğma dil sizi qıcıqlandırır? Azərbaycan kanalına vallah baxmıram demişdiniz, indi yalançı çıxmaq istəmirsiniz?

Özünüzü 30 ildir "krosna" vasitəsi ilə İstanbulda hiss edirdiniz, birdən oyandınız “bıy” Azərbaycanda yaşayıram dediniz? Matç TV hesabı daha dəqiq göstərir, yerli kanal hesaba müdaxilə edir? Günə çıxmış vampir effektini niyə bu qədər açıq nümayiş etdiririk ? Lisenziya, yayım hüququ, inhisarçılıq, reklam bazarı yavaş-yavaş düzəlmək istəyərkən niyə “əşşi” funskiyasını işə salırıq? Bütün maçlar İTV- də dostlar, qlaib aparsın”.

Qeyd edək ki,  Dünya Çempionatının  ölkəmizdəki yayım hüququ yalnız İTV-dədir. Bu barədə kanal özü açıqlama yayıb. Bildirilib ki, yayım hüququ İTV-də olduğu üçün TRT, Matç TV kimi kanalların kubok yayımı dayandırılıb.