Aktrisa Aslı Enver hamilə olduğu üçün yeni layihələrdən çəkilib.
OLAY yazır ki, özünün və dünyaya gələcək övladının sağlamlığını düşünən Aslı alacağı yüksək məbləğləri də gözdən çıxarıb. O, hər bölüm üçün 150 min lirə (14 min manat) ilə razılaşdığı işindən də imtina edib. Həmçinin, Enver bu layihədən çəkildiyinə görə 15 min dollar (25 min manat) ödəyəcək.
Qeyd edək ki, Aslı ötən günlərdə iş adamı Berkin Gökburakla ailə qurub.