Fotosessiya
Fotosessiya

“Beynində 3 metalla yaşayan mən...”

“Beynində 3 metalla yaşayan mən...”

Müğənni Ebru Gündeş ağciyərində xərçəng aşkarlanan prodüser Armağan Çağlayandan yazıb.

OLAY yazır ki, sənətçi dostuna dəstək paylaşımı edib.

“Canım Armağanım, gözəl ürəkli dostum. Sənin öhdəsindən gələ bilməyəcəyin heç nə olmadığına inanıram. İllərdir beynində 3 ədəd metalla, ikinci həyatını yaşayan məndən çox güclü və inadkar olduğunu bilirəm. Bu prosesin sonunda qalibin sən olacağına şübhəm yoxdur. Hər zaman yanındayam”.

Qeyd edək ki, illər əvvəl Ebrunun beyninə qan sızıb.