Fotosessiya
Fotosessiya

Qəzada iki aktyor öldü, birinin vəziyyəti ağırdır

Qəzada iki aktyor öldü, birinin vəziyyəti ağırdır

Türkiyədə baş verən ağır qəzada bir neçə aktyor həyatını itirib.

OLAY yazır ki, hadisə Amasyada baş verib. Belə ki, “Baş belası” tamaşasının komandasını aparan avtobus yük maşını ilə toqquşub.

Nəticədə 8 nəfər yaralanıb, 3 nəfər vəfat edib. Dünyasını dəyişənlərin sırasında aktyorlar Tolga Güleryüz, Burak Topçu və təşkilatçı Özgür Karataş olub. Bundan əlavə, tamaşanın baş rollarından biri, aktyor Uraz Kaygılaroğunun keçmiş xanımı Melis İşiten də maşında olub. Uraz açıqlama yayaraq Melisin vəziyyətinin yaxşı olduğunu söyləyib və digər baş rollar haqda da məlumat verib:

“Melislə görüşdüm, həyati təhlükəsi yoxdur. Ceyhun Fersoy da yaxşıdır. Amma Sergen Devecinin vəziyyəti ağırdır”.